Ru
21:25 / 29 Mart 2024

Ukraynada qalmaqal: Polkovnikin intim videosu - Araşdırma başladı

2641
Ukraynanın Rovno vilayətindəki hərbi komissarlıqlardan birinin rəhbəri, polkovnik Aleksandr Yarmoşeviçin öz kabinetində iki qadınla öpüşdüyünü əks etdirən video internetdə yayıldıqdan sonra məsələ ilə bağlı araşdırmalara başlanılıb.

Bakupost.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, görüntülər gizli videomüşahidə vasitəsilə əldə edilib.

Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarından videonun Rusiya mənbələrindən yayıldığını bildiriblər.

Qeyd edək ki, video ilk dəfə rusiyalı bloger Anatoli Şariy tərəfindən Teleqramda yayılıb. O, videodakı şəxsin polkovnik Aleksandr Yarmoşeviç olduğunu bəyan edib.

Kadrlarda hərbi geyimli kişi müxtəlif vaxtlarda bir neçə qadını öpür.

Bəzi Ukrayna mənbələri kadrların montaj edildiyini bildirib. Lakin bundan sonra Şariy hərbi komissarın öpüşmə görüntülərini həmin qadınlardan biri ilə müzakirə etməsinə dair başqa bir video yayıb.

Ukrayna Quru Qoşunlarından bildiriblər ki, onlar artıq daxili araşdırmaya başlayıblar:

"Araşdırmanın nəticələri həm montaj edilmiş videonun məzmununa, həm də xidməti binalarda gizli videomüşahidələrin quraşdırılması faktına lazımi qiymət verəcək. Daha sonra onlar hüquq-mühafizə orqanlarına müraciət edərək istintaqa köməklik göstərəcək və hadisənin bütün hallarını müəyyən edəcəklər".






Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər