Jurnalist Ülviyyə Əli (Quliyeva) saxlanılıb.
Bakupost.az xəbər verir ki, Ülviyyə Əli "Meydan TV" işi ilə əlaqədar saxlanılıb.
Qeyd edək ki, "Meydan TV işi" üzrə Aynur Elgünəş (Qənbərova), Natiq Cavadlı, Şəmşad Ağa (Ağayev), Aytac Tapdıq (Əhmədova), Aysel Umudova, Ramin Deko (Cəbrayılzadə), Xəyalə Ağayeva, Fatimə Mövlamlı, Nurlan Libre (Qəhrəmanlı) və Ülvi Tahirov həbs ediliblər.
Onlar qaçaqmalçılıqda ittiham olunurlar.