Bakının Nəsimi rayonunda 22 yaşlı qadını avtomobil vurub.
Bakupost.az xəbər verir ki, hadisə ağır xəsarətlə nəticələnib. Gənc qadın başından xəsarət alıb və Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Məsələ ilə bağlı saytımıza xəstəxananın mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd bildirib ki, xəsarət almış şəxs reanimasiya yerləşdirilib.
"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 07.05.2025-ci il tarixində saat 13:55 radələrində Nəsimi rayonu ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 22 yaşlı (qadın cinsli) şəxs başın açıq yarası diaqnozu ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub. Zəruri tibbi xidmət göstərildikdən sonra Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir", - deyə o bildirib.
Aygün, Bakupost.az