Ru
14:25 / 08 May 2025

“RabitəBank” keşbək faizlərini kəskin AZALTDI

“RabitəBank” keşbək faizlərini kəskin AZALTDI
Eye

"RabitəBank” ASC "Kartmane debet”, "Kartmane taksit” və premium kart sahiblərinə təqdim etdiyi kebək faizlərini aşağı salır.

Bakupost.az xəbər verir ki, bu barədə Bankın müştərilərinə göndərdiyi məlumatda qeyd edilir.

Yeni qaydalara görə, "Kartmane taksit” kartı istifadəçiləri daha yanacaqdoldurma məntəqələrindən 10%-lik keşbək ala bilməyəcəklər.

Bu imtiyaz 2 dəfə azaldılaraq 5%-ə salınıb. Eyni zamanda bu kartlarla market və restoranlarda ödəniş edənlər 5% deyil 3% keşbək qazanacaqlar.

Bankın debet kart istifadəçiləri isə YDM-lərdə əvvəlki kimi 3% deyil 2% keşbək əldə edəcəklər.

Həmçinin marketlərdə alış-veriş zamanı ödəyəcəkləri vəsaitin 2%-i yox 1,5%-i geri qayıdacaq.

Digər ödənişlərdə də bu göstərici 1,5% dən 1%-ə salınıb. Qeyd edək ki, yeni qaydalar mayın 12-də qüvvəyə minəcək.

Xatırladaq ki, "RabitəBank” ASC bu ilin ilk rübünü 4,7 milyon manat xalis mənfəətlə başa vurub. Bu maliyyə institutunun Müşahidə Şurasının sədri Zakir Nuriyev həm də "Azərbaycan Banklar Assosiasiyası”nın Prezidentidir.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar