Ermənistan hökuməti ölkənin Aşqabad sazişinə qoşulmasını təsdiqləyib.
Bakupost.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Ermənistan hökumətindən bildiriblər ki, sazişə qoşulmaq üzv dövlətlərin ərazisindən yüklərin və sərnişinlərin daşınması və tranziti üçün etibarlı şərait yaradacaq.
“Təşəbbüs həmçinin Ermənistana nəqliyyat dəhlizi vasitəsilə beynəlxalq bazarlara çıxışı, beynəlxalq daşımalar üçün tranzit sənədlərinin uyğunlaşdırılmasını, gömrük prosedurlarının sadələşdirilməsini və iştirakçı dövlətlərin nəqliyyat infrastrukturunun ayrı-seçkilikdən kənar istifadəsini təmin edəcək”, - məlumatda deyilir.
Qətnamə layihəsinə Ermənistan Konstitusiya Məhkəməsi baxacaq və sənədin ölkə konstitusiyasına uyğun olub-olmadığını müəyyən edəcək.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ölkənin yeni konstitusiyasında Dağlıq Qarabağın adı çəkilən müstəqillik bəyannaməsinə istinadlar ola bilməz.
Zaur,
BakuPost