Ru
11:00 / 08 May 2025

Sosial müavinət və təqaüdlər bu tarixdən artırılacaq - AÇIQLAMA

Sosial müavinət və təqaüdlər bu tarixdən artırılacaq - AÇIQLAMA
Eye

Prezident İlham Əliyevin dekabr ayında imzaladığı sərəncamla sosial müavinət və təqaüdlərin artırılması üçün Nazirlər Kabineti 3 ay ərzində təkliflər hazırlamalı idi. Həmin müddət mart ayında başa çatsa da, bununla bağlı bir qərar yoxdur.

İqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az -a açıqlamasında bildirib ki, Nazirlər Kabineti təklifləri hazırlayıb, yaxın vaxtlarda artımlarla bağlı müzakirə aparılacaq:


“Çox güman ki, may ayının sonunda və ya iyun ayının əvvəlində Milli Məclisin iclasında büdcəyə əlavələr və dəyişikliklər müzakirə olunacaq. Həmin iclasda Nazirlər Kabinetinin təkliflərinə baxılması gözlənilir. Lakin bunun üçün büdcədə xərclər artırılmalıdır. Mənim ehtimalıma görə, yaxın 2-3 həftə ərzində bununla bağlı qərar veriləcək”, – deyə o bildirib.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar