Qəzzaya humanitar yardım aparan “Qlobal Sumud” donanması Girit adası yaxınlığında mühasirəyə alınıb.
Bakupost.az xəbər verir ki, donanma rəsmiləri hadisənin Yunanıstan sularına 54 mil məsafədə baş verdiyini bildirib.
İddiaya görə, donanmaya İsrailə məxsus hərbi gəmilər və dronlar müdaxilə edib. 18 qayıqla əlaqə kəsilib və onların İsrail tərəfindən saxlanıldığı ehtimal edilir. İsrail mətbuatı isə ən azı 7 qayığın ələ keçirildiyini yazır. Donanma 39 ölkədən 345 aktivist var.
Türkiyə və İspaniya hadisəni beynəlxalq hüququn pozulması kimi qiymətləndirib. İtaliya isə məsələ ilə bağlı İsrail və Yunanıstandan izahat istəyib.
Bahar Babaşova, BakuPost