Ru
13:54 / 30 Aprel 2026

Cərrah küçədə ürək əməliyyatı ilə xəstəni xilas etdi

Cərrah küçədə ürək əməliyyatı ilə xəstəni xilas etdi
Eye

Macarıstanda cərrah Jolt Dubotski bıçaqlanmış 30 yaşlı kişini təcili olaraq küçədə əməliyyat edərək həyatını xilas edib.

Bakupost.az Milli.az-a istinadən xəbər verir ki, hadisə Budapeştdə yerləşən Milli Onkologiya İnstitutunun əməkdaşları tərəfindən təsdiqlənib.

Məlumata görə, Budapest şəhərində baş verən hadisə zamanı yaralanan şəxsin ürəyindən bıçaq yarası aldığı müəyyən edilib. Həkimlər xəstənin xəstəxanaya çatdırılmasının riskli olduğunu və onun cəmi bir neçə dəqiqəsinin qaldığını görərək təcili müdaxilə qərarı veriblər.

Cərrah Jolt Dubotski təxminən 7 dəqiqə ərzində xəstənin döş qəfəsini açaraq döyünən ürəyi tikib və onun həyatını xilas edib.

Əməliyyatdan sonra xəstə helikopterlə xəstəxanaya aparılıb. O, həkimə və tibbi briqadaya təşəkkürünü bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar