Ru
13:36 / 30 Aprel 2026

Bakıda yeni metro stansiyası harada açılır?

Bakıda yeni metro stansiyası harada açılır?
Eye

Bakı metrosunun Bənövşəyi xəttində yeni stansiyanın inşası yekunlaşmaq üzrədir.

Bakupost.az xəbər verir ki, Bakı Metropolitenindən verilən məlumata görə, "B-04" şərti adı ilə tanınan sayca 5-ci stansiya Cəlil Məmmədquluzadə küçəsində yerləşir. Tikintisi son mərhələdə olan stansiyanın yaxın vaxtlarda istifadəyə verilməsi planlaşdırılır.

Yeni metro stansiyası şəhərin nəqliyyat infrastrukturunda mühüm rol oynayacaq və sərnişinlərin hərəkətini daha da asanlaşdıracaq.

Qeyd edək ki, bu stansiya Bənövşəyi xətt üzrə şəhərin metro şəbəkəsinin genişlənməsində növbəti mühüm addım hesab olunur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar