Paşinyan Şahin Mustayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Ermənistana səfərindən danışıb.
Bakupost.az xəbər verir ki, Baş nazir mətbuat konfransı zamanı jurnalistlərin suallarını cavablandırarkın deyib.
"Mən hesab edirəm ki, çox mühüm hadisə baş verib. İki ölkənin Baş nazir müavinlərinin səfərlərini sülh prosesinin məntiqi və institutlaşması baxımından tarixi hesab edirəm. Sevinirəm ki, bu mərhələyə çatdıq”, - Nikol Paşinyan qeyd edib.
Qeyd edək ki, aprelin 29-da Ermənistanın Ağverən bölgəsində Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on üçüncü iclası keçirilib. İclasda Azərbaycan Ermənistanla delimitasiya üzrə protokol imzalanıb.