Birinci Dünya Müharibəsi dövründə batırılan ABŞ gəmisinin qalıqları 100 ildən çox vaxt keçdikdən sonra aşkar edilib.
Bakupost.az xəbər verir ki, dalğıclar USCGC Tampa gəmisinin qalıqlarını Böyük Britaniya sahilləri yaxınlığında tapıblar. Gəmi 1918-ci ildə alman sualtı qayığı tərəfindən torpedalanaraq cəmi bir neçə dəqiqə ərzində batmışdı. Hadisə nəticəsində 131 nəfərlik ekipajın hamısı həlak olmuşdu. Bu, Birinci Dünya Müharibəsi zamanı ABŞ qüvvələrinin ən böyük dəniz itkisi hesab olunur.
Qalıqlar “British Gasperados Dive Team” tərəfindən İngiltərənin Kornuoll sahillərindən təxminən 80 km aralıda dərinlikdə aşkar edilib. Dalğıc qrupu bu kəşfin üç illik araşdırma və bir neçə uğursuz cəhdin nəticəsi olduğunu bildirib.
Əsmər Şahməmmədova, BakuPost