Ru
13:09 / 30 Aprel 2026

Qazi imkansızlıqdan avtomobilini satdı - Sonra...

Qazi imkansızlıqdan avtomobilini satdı -  Sonra...
Eye

Türkiyədə qazi Əhməd Gür maddi çətinliklər səbəbilə böyük sevgi ilə bağlı olduğu avtomobilini satmaq məcburiyyətində qalıb.


Bakupost.az Yeni Sabah.a istinadən xəbər verir ki, bu vəziyyəti öyrənən qazinin yaşadığı Adananın Feke rayonunun icra başçısı (kaymakam) Feyza Yılmaz hamını duyğulandıran nümunəvi bir addım atıb.

Avtomobilin kimə satıldığını müəyyənləşdirən məmur onu yeni sahibindən satın alaraq qazi Əhməd Gürə qaytarıb.

Həyatının ən unudulmaz və duyğulu anlarından birini yaşayan Ə.Gür İcra Hakimiyyətinin qarşısında mərhum sənətçi Fərdi Tayfurun “Hatıran yeter” mahnısını səsləndirərək sevincini və hisslərini ifadə edib.

Bu anlar izləyən hər kəsi duyğulandırıb.

Qeyd edək ki, Ə.Gür terrorçularla mübarizədə ağır xəsarət alıb. Terrorçuların kustar üsulla hazırladığı partlayıcının işə düşməsi nəticəsində o, hər iki gözünü itirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar