Ru
12:35 / 08 May 2025

Polis bu rayonda təcili əməliyyat keçirdi - Saxlanılan var

Polis bu rayonda təcili əməliyyat keçirdi -  Saxlanılan var
Eye

Abşeron rayonunda İran vətəndaşı vasitəsi ilə 19 kiloqram narkotik əldə etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bakupost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, rayon ərazisində keçirilən əməliyyat zamanı 37 yaşlı Elvin Quliyev tutulub. Onun idarə etdiyi avtomobilə baxış zamanı 14 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana, eləcə də 5 kiloqram heroin və metamfetamin aşkarlanıb.

E.Quliyev ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Qaradağ rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar