Belarus prezidenti Aleksandr Lukaşenko öz varislərini yetişdirmək üçün hakimiyyətdə qaldığını etiraf edib.
Bakupost.az "Unikal"a istinadla xəbər verir ki, o, bunu Minskdə Beynəlxalq Sərgi Mərkəzinin açılışında deyib.
"Mən bir müddətdir hakimiyyətdəyəm, amma səbr edin, çünki təcrübəli insanlar olmalıdır", - Belarus lideri bildirib.
Lukaşenkonun sözlərinə görə, hakimiyyətə yeni nəsil gələcək, lakin “gənclərimizin nəyə qadir olduğuna baxıb nəticə çıxarmalıyıq”. Onun sözlərinə görə, Belarusun hazırkı rəhbərliyi “öz ölkəsini sevir, onlar öz ölkələrini özləri üçün deyil, övladları üçün qorumaq istəyirlər”.
Qeyd edək ki, bu il yanvarın 27-də Belarusda keçirilən prezident seçkilərində Lukaşenko 86,82 faiz səslə qalib gəlib. 70 yaşlı Lukaşenko 1994-cü il iyulun 20-dən davamlı olaraq bu vəzifəni icra edən Belarusun ilk və hazırda yeganə prezidentidir. Lukaşenko 1994, 2001, 2006, 2010, 2015, 2020 və 2025-ci illərdə keçirilən prezident seçkilərində iştirak edib.