Ru
15:37 / 08 May 2025

Versinlər də, "niçeqo"... - Şərurlu İsfəndiyar

Versinlər də, "niçeqo"... -  Şərurlu İsfəndiyar
Eye

Xəbər verdiyimiz kimi, “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundova ("Şərurlu İsfəndiyar") qarşı xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə prosesi keçirilib. Binəqədi Rayon Məhkəməsində baş tutan iclasda İsfəndiyar Axundov iştirak etməyib.

Şikayətçi Emil Səməndərovun vəkili Asim Abbasov məhkəməyə vəsatət verərək İsfəndiyar Axundovun məcburi gətirilməsi və onun ölkədən çıxışına qadağa qoyulması barədə qərar qəbul edilməsini istəyib.

Vəkilin sözlərinə görə, təqsirləndirilən şəxs olaraq İsfəndiyar Axundovun məhkəmədə iştirakı hüquqi vəzifədir. Lakin o, üzrlü səbəb olmadan prosesdə iştirak etməməklə məhkəməyə hörmətsizlik nümayiş etdirib.

Məhkəmə vəsatətin baxılmamış saxlanılması barədə qərar çıxarıb.

Məsələ ilə bağlı İsfəndiyar Axundovla əlaqə saxladıq. O, Bakupost.az-a açıqlamasında məsələdən xəbərsiz olduğunu bildirdi:

“Mənim xəbərim yoxdur, eşitməmişəm. Versinlər də, "niçeqo", narahat olmayın”.

İltifat,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar