Ru
21:39 / 07 May 2025

Sahibə Qafarova BƏƏ-nin Prezidenti ilə GÖRÜŞDÜ

Sahibə Qafarova BƏƏ-nin Prezidenti ilə GÖRÜŞDÜ
Eye

Milli Məclisin sədri Sahibə Qafarova rəsmi səfəri çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşüb.

Bakupost.az xəbər verir ki, Azərbaycan Milli Məclisinin sədrini səmimiyyətlə salamlayan Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan, bu səfərin parlamentlərimiz arasında əlaqələrin daha da genişləndirilməsinə töhfə verəcəyinə inamını ifadə edib.

Spiker Sahibə Qafarova göstərilən yüksək səviyyəli qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdırıb. Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan onun da salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar