Ru
22:44 / 07 May 2025

Məşhur oteldə əxlaqsızlıq - Sahibkara HÖKM OXUNDU

Məşhur oteldə əxlaqsızlıq - Sahibkara HÖKM OXUNDU
Eye

Astara Rayon Məhkəməsində "Panorama" hoteldə əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirləndirilən sahibkar Elnarə Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Oxu.Az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Quliyeva qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 1 il 11 ay 18 gün müddətinə islah işləri cəzasına məhkum edilib.

İttihama görə, Elnarə Quliyeva Astarada fəaliyyət göstərən "Panorama" hotelini icarəyə götürüb. Həmin hotelin otaqlarını 30 manata bir neçə saatlıq icarəyə verərək orada qadınların cinsi istismara məruz qalmasına şərait yaradıb.

Hüquq-mühafizə orqanları əməkdaşları daxil olan məlumat əsasında hotelə baxış keçirərkən fakt təsdiqini tapıb.

Faktla bağlı cinayət işi başlanıb, E.Quliyeva barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar