Ru
17:16 / 14 Yanvar 2022

Universitet müəlliminin evindən 50 min oğurlandı

415
Bakı Dövlət Universitetinin (BDU) müəllimi Nizaməddin Əhmədovun evindən oğurluq edilib.

Bakupost.az “Report”a istinadən xəbər verir ki, hadisə 2021-ci ilin aprel ayında paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

Belə ki, naməlum şəxslər N.Əhmədovun evindən 50 min manat pul oğurlayıb.


Daha sonra BDU-nun müəllimi hüquq mühafizə orqanlarına müraciət edib.

Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən S.Quliyeva və X.Məmmədov saxlanılıb.



Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər