Ru
10:22 / 07 Yanvar 2022

Universitetlərı sovet idarəetməsindən xilas etməliyik - Rektor

Universitetlərı sovet idarəetməsindən xilas etməliyik - Rektor
Eye

“Ali təhsil sisteminin bütövlükdə təkmilləşməsində uğurlarla yanaşı,​ bu sistemin ən vacib elementi olan universitetlərdə, idarə olunmada, elmi fəaliyyətin və tədrisin təşkilində hələ də bir sıra sovet mirası ciddi problemlərdən biri olaraq qalmaqdadır. Fikrimcə, universitetlərı sovet mirasından​ xilas etməklə onların inkişafına yeni impulslar vermək mümkündür".

Bakupost.az xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov deyib.

Rektor bildirib ki, UNEC də daxil olmaqla sovet mirasının ölkəmizdə sovetlər dönəmində yaradılan və fəaliyyətini davam etdirən ən azından bütün dövlət universitetlərinə xasdır. Yəni, söhbət konkret olaraq hər hansı bir universitetdən getmir: "Beləliklə, sovetlər dönəmində yaradılmış dövlət universitetlərinin idarəetmə mədəniyyəti dəyişməz olaraq qalmaqdadır".

Ədalət Muradovun sözlərinə görə, idarəetmə sistemi əsas ​ məqsəd olaraq universitetlərin güclü tərəflərini müəyyən etməklə onları daha da inkişaf etdirmək əvəzinə, mövcud olan zəif tərəflərin aradan qaldırılmasına köklənib. Başqa sözlə, universitetlərin rəqabət üstünlüklərinin müəyyən edilməsi və həmin üstünlüklər hesabına irəliyə çıxmaq imkanları diqqətdən kənarda qalır. Zəif məqamların aradan qaldırılmasının prioritet ​ hesab edilməsi dünya səviyyəli universitetlər səviyyəsinə yüksəlməyi çox-çox çətin və hətta mümkünsüz edir.

Sevinc
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar