Ru
13:02 / 14 Sentyabr 2026

Gözə görünməyən dron yaradıldı

Gözə görünməyən dron yaradıldı
Eye

ABŞ-nin “Northwestern Universiteti”in mühəndisləri havada yüksək sürətlə fırlanaraq insan gözü üçün demək olar görünməz hala gələn “Phantom Twist” adlı dron hazırlayıblar.

“Bakupost” xəbər verir ki, dron hər saniyədə 25 dəfə fırlanır. Bu zaman yaranan hərəkət bulanıqlığı onun aydın siluet kimi görünməsinin qarşısını alır. Dronun gövdəsi və pərvanəsi əks istiqamətlərdə fırlanır.

Araşdırmaçılara görə, “Phantom Twist” ənənəvi dördpərvanəli dronlarla müqayisədə təxminən 10 dəfə daha az görünür.

Dronun hazırlanmasında süni intellektdən də istifadə edilib. Tədqiqatçılar 20 minə yaxın müxtəlif dizaynı kompüterdə sınaqdan keçirərək ən az görünən variantlardan birini prototipə çeviriblər.

Hazırda dronun əsas problemi yüksək səs çıxarmasıdır. Mühəndislər gələcəkdə daha şəffaf materiallar və səssiz hərəkət sistemi ilə onun görünməzliyini artırmağı planlaşdırırlar.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar