Ru
09:57 / 06 Noyabr 2025

Üzeyir: “Yaşım az idi, məni aldadıb efirə çağırırdılar”

Üzeyir: “Yaşım az idi, məni aldadıb efirə çağırırdılar”
Eye

"Mən qarşıma qoyduğum məqsədə çatanda artıq travmalar almışdım".

Bakupost.az Axşam.az -a istinadla xəbər verir ki, bunu Üzeyir Mehdizadə "Günə uğurla" verilişində deyib:

"Acı da olsa, etiraf edəcəyəm. Bu, keçmiş televiziya proqramlarından başlayır. O vaxt məni aldadıb efirə çağırırdılar. 20 yaşım var idi, özümü böyük hesab edirdim. İndi başa düşürəm ki, çox gənc olmuşam. Onlar da bundan istifadə edirdilər. Yolda məni görən yaşlı adamlar deyirdilər ki, "elə verilişlərə çıxma, nə məcburdur axı?". Amma başa sala bilmirdim ki, telefonda dəvət edəndə başqa cür danışırlar. Yaşım az idi, saf idim, düşünürdüm ki, bu boyda kişi, xanım məni aldatmaz. Sonra gördüm ki, aldatmağa meyilli insanlar da az deyil", - deyə o vurğulayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar