Ru
22:38 / 02 Aprel 2024

Vahid Ələkbərov Rusiyanın ən zəngin adamı oldu

Vahid Ələkbərov Rusiyanın ən zəngin adamı oldu
Eye

“Forbes”in reytinqinə görə, Rusiyanın ən varlı adamları siyahısında birinci yeri “Lukoil” neft şirkətinin təsisçisi Vahid Ələkbərov tutub.

Bakupost.az Oxu.az-a istinadən xəbər verir ki, son bir ildə onun sərvəti 8,1 milyard dollar artaraq 28,6 milyard dollara çatıb. “Forbes” qeyd edib ki, Ələkbərov tarixdə ilk dəfə reytinqə başçılıq edir. O, qlobal milyarderlər siyahısında 59-cu yerdədir.

Reytinqdə ikinci yeri “Novatek”in İdarə Heyətinin sədri Leonid Mixelson tutub. Onun sərvəti 27,4 milyard dollar qiymətləndirilir. İlk üçlüyü 26,6 milyard dollarla Novolipetsk dəmir-polad zavodunun rəhbəri və ən böyük səhmdarı Vladimir Lisin qapayır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar