Ru
21:00 / 09 İyun 2022

Varlıların uşaqları gedir, kasıbınkı isə 3 ay evdə oturur... - DEPUTATDAN VACİB AÇIQLAMA

4684
“Bu gün şagirdlərin yay tətilini səmərəli və mənalı keçirmələri üçün yay düşərgələrinin təşkilinə çox böyük ehtiyac var. Əksər hallarda məktəblilərin çoxunun yay tətili boyunca vaxtlarını səmərəli keçirə bilmədiyinin şahidi oluruq”.


Bunu Bakupost.az -a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov deyib.


Deputat bildirib ki, məktəblilərin yay tətilini ev şəraitində səmərəsiz və maraqsız keçirməsi maddi imkanı aşağı olan valideynləri çox narahat edir:




“İndi yay düşərgələrinin çoxu özəl şirkətlər tərəfindən təşkil olunduğu üçün orada qiymətlər çox bahadır. Hər ailənin övladını oraya göndərməyə maddi imkanı çatmır. Yalnız maddi imkanı yaxşı olan valideynlər övladlarını şagirdlərlərin yay tətilini səmərəli keçirməsi üçün təşkil olunan düşərgələrə göndərirlər. İmkansız ailələrin övladları isə yay tətilini ev şəraitində keçirmək məcburiyyətində qalır və tətilin onlara yaratdığı imkandan səmərəli istifadə edib dincələ, dərs ilinin yoruğunluğunu üzərlərindən ata bilmirlər


Hesab edirəm ki, maddi imkanı aşağı olan ailələrin uşaqlarının da qatıla biləcəyi, ödənişsiz və ya cüzi ödəniş tələb olunan yay düşərgələri təşkil olunmalıdır. Ya da əksinə, dövlət ödəniş məsələsini öz üzərinə götürərək məktəblilərin yay tətili boyunca vaxtlarını səmərəli keçirməsi üçün yay düşərgələri təşkil edə bilər. Bu gün buna doğrudan da ehtiyac var. Fikrimcə, zamanla bu məsələnin həlli istiqamətində müvafiq addımlar atılacaq”.


Sevinc
BakuPost
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər