Ru
22:03 / 28 May 2024

Vaşinqton meri Azərbaycanla bağlı Bəyannamə imzaladı

2016
Vaşinqton şəhərinin meri Myuriel Bauzer Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 106-cı ildönümü ilə bağlı 28 May tarixini Vaşinqton şəhərində Azərbaycanın Müstəqillik Günü elan edib və bununla bağlı Bəyannamə imzalayıb.

Bakupost.az -ın məlumatına görə, Bəyannamədə 1918-ci ildə müsəlman dünyasında ilk parlamentli demokratik respublika olan və Şərqdə qadınlara ilk dəfə səsvermə hüququ verməklə yanaşı bir sıra vacib islahatlara imza atan dövlətlərdən birinin - Azərbaycan Demokratik Respublikasının yaranması münasibətilə dünyada 50 milyondan çox azərbaycanlının Müstəqillik Gününü qeyd etdiyi bildirilib.

Həmçinin qeyd olunub ki, bu il Azərbaycanın müstəqilliyinin bərpasının 33-cü ildönümü və ABŞ ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 32-ci ildönümü qeyd edilir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər