Ru
15:56 / 10 Avqust 2022

Vaşinqton Post: Krımda partlayışı Ukrayna xüsusi təyinatlıları törədib

Vaşinqton Post: Krımda partlayışı Ukrayna xüsusi təyinatlıları törədib
Eye

Novofedorovkada (Krım) Rusiya hərbi aerodromunda partlayışlar Ukrayna xüsusi təyinatlılarının əməliyyatı nəticəsində baş verib.


Bakupost.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti Ukrayna hökumətinin adını açıqlamayan nümayəndəsinə istinadən bildirib.


Nəşr hansı hərbi bölmədən söhbət getdiyini açıqlamayıb. Lakin bundan əvvəl Qərb mediası Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin Rusiya qoşunlarının arxa hissəsində, o cümlədən Rusiya ərazisində əməliyyatlar təşkil etdiyini yazıb.


“Vaşinqton Post”un Ukrayna hökumətindəki həmsöhbəti Krıma hücumun necə təşkil edildiyini də açıqlamayıb. ABŞ hökumətinin adının açıqlanmasını istəməyən nümayəndəsi isə nəşrə bildirib ki, Novofedorovkadakı hücumu, ehtimal ki, Ukrayna həyata keçirib. Onun sözlərinə görə, Kiyev bu hücum zamanı Vaşinqtonun verdiyi silahlardan istifadə etməyib.


Bu gün səhər Ukrayna Hərbi Hava Qüvvələri Novofedorovkada doqquz rus təyyarəsinin məhv edildiyini bildirib, lakin bu məlumatın düzgünlüyünü yoxlamaq mümkün olmayıb",- BBC bildirib.


Zaur
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar