Ru
20:45 / 01 Sentyabr 2024

Vəfa Nağının şillələdiyi vəkili bu dəfə döydülər - FOTO

Vəfa Nağının şillələdiyi vəkili bu dəfə döydülər - FOTO
Eye

70 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizəd Tənzilə Rüstəmxanlının vəkili Hüseyn Qurbanov zorakılığa məruz qalıb.

Bakupost.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə bildirib.

Neftçala rayonu, 40 saylı seçki məntəqəsində olan zaman həmin rayondan namizəd Vəfa Nağıyeva tərəfindən zorakılığa məruz qalmışam. Oradan Tənzilə Rüstəmxanlının vəkili olaraq rayonda yerləşən 43 və 44 sayli seçki məntəqələrinə getmək istəyərkən yolda tanımadığım Rusiya nömrəsindən bir nəfər zəng edərək, özünü Vəfa Nağıyevanın qardaşı kimi təqdim etdi və məni ölümlə hədələdi. Bundan sonra VAZ-2106 markalı 40 BE 061 nömrəli avtomobillə avtomobilimin qarşısını kəsərək, məni zorla yerə düşürdüb "rayonun yiyəsi bizik" deyərək, yumruq, şillə və təpiklə üz və bədən nahiyələrimə vuraraq, mənə xəsarət yetirdi. Bundan sonra məni köməksiz vəziyyətdə qoyaraq, hadisə yerindən uzaqlaşdı. Polisə muraciət etdim, ekspertizaya göndərildim", - deyə Hüseyn Qurbanov bildirib.

Zaur
BakuPost

Vəfa Nağının şillələdiyi vəkili bu dəfə döydülər - FOTO
Vəfa Nağının şillələdiyi vəkili bu dəfə döydülər - FOTO
Vəfa Nağının şillələdiyi vəkili bu dəfə döydülər - FOTO
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar