Ru
13:52 / 23 Aprel 2024

"Vətəndaş nikahına girməsinlər” - Spiker

848
Vətəndaş nikahı Avropadan Azərbaycana keçib.

Bakupost.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.

Fəzail Ağamalı qeyd edib ki, Avropada araşdırmalara görə, vətəndaş nikahı azalır: “Amma Azərbaycanda vətəndaş nikahı getdikcə artır. Son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb".

Deputat həmçinin vətəndaş nikahının insanlara yaratdığı çətinliklərdən bəhs edib.

Sədr Sahibə Qafarova isə qeyd edib ki, vətəndaş nikahı qanunsuzdur: “Kişi də, qadın da bunu bilir. Ona görə də vətəndaş nikahına girməsinlər”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər