XEYBƏR GÖYYALLI
VİKİPEDİYA ÜMUMXALQ MÜLKİYYƏTİDİR
Azərbaycan vikipediyasında başverən özbaşınalıqlar haqqında çoxdan yazmaq istəyirdim. Tam səmimi deyirəm ki, təvazökarlıqdan bu niyyətdən uzun müddət vazkeçmişəm. Onu da tam səmimi qeyd edirəm ki, indi yazmağıma səbəb isə Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Fərid Pərdəşünasın məlum yazısı oldu. Fərid Pərdəşünasın yazısı, obrazlı desək, aydın səmada ildırım kimi çaxdı, sanki bir göz qırpımında əks-səda verdi, ictimaiyyətin diqqətini birbaşa hədəfə istiqamətləndirdi.
Azərbaycan vikipediyasında özüm haqqında yerləşdirilmiş ensiklopedik məqalə 2021- ci ildə silindi. Ensiklopedik məqalənin silinməsini bircə cümlə ilə belə izah edirdilər: ”Vikipediyanın tələblərinə uyğun deyil”. Mən də tənbəlik etməyib, hər dəfə məqaləni yenidən işləyir, bəzi əlavələr edir, düzəlişlər aparır və yenidən vikipediyaya yükləyirdim. Aradan bir neçə gün keçdikdən sonra məqalə yenidən silinirdi. Ancaq daxilən bu “özfəaliyyət və özbaşınalıqla” razılaşmırdım. Mənim razılaşmamağımın hər cür mənəvi əsasları var idi. Belə ki,Azərbaycandilli vikipediyanı imkan düşdükcə vərəqləyirdim. Qarşıma elə məqalələr çıxırdı ki, adamı yalnız xəcalət təri basırdı. Elə adamlar haqqında məqalələr dərc olunub ki, onları heç yaşadığı məhəllələrin sakinlərinin tanımasına belə ehtiyac yoxdur.Bundan başqa, bu tipli məqalələr son dərəcə savadsız yazıldığından üslub, məntiq və orfoqrafik səhvlərlə doludur. Məhz bu səbəbdən vikipediyada xeyli primitiv məqalə var. Həmin məqalələrin gənc vikiprdiyaçılar tərəfindən silinməməsi adamda şübhə doğurur.
.... 2021-ci ilin əvvəllərində isə çağdaş Azərbaycan ədəbiyyatında fərqli poetik nümunələr müəllifi olan mərhum şair Ramiz Kərəm haqqında ensiklopedik məqaləni də vikipediyaya yerləşdirdim. Bu məqalə də eyni taleyi yaşadı. Belə olan təqdirdə ötəri bir araşdırma apardım. Öyrəndim ki, bir qrup gənc vikipediyanı idarə edir. Onlardan bir-iki nəfər ilə telefon danışığım oldu. Məqalələrin niyə silindiyini soruşdum. Onlar ”vikipediyaya uyğun deyildir” cümləsini hər kəlmə başı təkrarlayırdılar. Mən onlara bildirdim ki, ”vikipediyaya uyğun deyil” cümləsi özündə heç bir arqumenti ifadə etmir. Onlardan vikipediyaya uyğun məqalənin kriteriya və prinsiplərini sadalamalarını istədim. Ancaq heç nə söyləyə bilmədilər. Çox təəssüf ki, bu məqamda telefon danışığı apardığım şəxslərin ad və telefonlarını qeyd etmək imkanından uzağam. Onların ”vikipediyaya uyğun deyil" cümləsi havadan asılı idi. Çünki heç bir kriteriya və prinsip söyləyə bilmirdilər. On-on beş dəqiqəlik telefon danışığından belə başa düşdüm ki, onların Azərbaycan ədəbiyyatı, poeziyası və publisistikası haqqında təsəvvürləri belə yoxdur. Belə qənaətə gəldim ki, özlərini könüllü vikipediyaçı adlandıranlar orijinallığa yox, populizmə üstünlük verirlər .Onları Ramiz Kərəm kimi orijinal və tam fərqli yaradıcılıq üslubuna malik bir şairi tanımamalarına görə çox da qınamıram. Etiraf edirəm ki, son dərəcə təvazökar insan olan Ramiz Kərəmi ədəbiyyat camiəsi və əhatə dairəsindəki adamlar tanıyırlar. Ancaq tam məsuliyyət və cəsarətlə deyirəm ki, Ramiz Kərəm adaşları Ramizlər içərisində öz dəst-xətti və bənzərsizliyi ilə seçilən əsl şairdir. Onun şeirləri Azərbaycan Yazıçılar Birliyinin təsisçisi olduğu “Ulduz”, “Azərbaycan” jurnallarında müntəzəm (hətta bəzən ildə iki dəfə) dərc edilmiş, Azərbaycan Radiosunda səsləndirilib. Onun haqqında Azərbaycan vikipediyasında vaxtilə dərc olunmuş ensiklopedik məqaləni aşağıda verəcəyimiz səbəbindən bu qısa məlumatla kifayətlənirik.
Qayıdaq vikiçilərə. Əvvəlcə vikipediyanın definisiyasına diqqət yetirək. Vikipediya virtual, ancaq hamıya açıq olan ensiklopediyadır.Göründüyü kimi, bu dəyərdən hər kəs yararlanmaq hüququna malikdir. Vikipediya ümumxalq mülkiyyətidir.Hər kəs ondan istifadə etdiyi kimi, hər kəs də ona öz töhfəsini verə bilər. Vikipediyaçıların olması isə vacibdir. Vikipediyaçı geniş erudisiya və ensiklopedik bilgiyə malik olmaqla yanaşı, qərəzsiz və tərəfsiz olmalıdır. Vikipediyaçı missiyasını üzərinə götürən şəxs pozmaqdan (silməkdən) çox, yazmağı bacarmalıdır.
Vikipediyaçı ”dədəm mənə kor deyib, gəlib-gedəni vur deyib” zərb məsələni özünün devizinə çevirməli deyil.
Doğrusunu deyim ki. Azərbaycandilli vikipediyanın idarəedilməsi haqqında geniş informasiyaya malik deyiləm. Ancaq açıq-aydın görünür ki, gənc vikipediyaçılar müvafiq qurum tərəfindən (deyilənə görə, AMEA tərəfindən) təyin olunurlar. AMEA-nın nəzdində müxtəlif elmi-tədiqat institutları cəmlənib. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi də AMEA-nın nəzdində fəaliyyət göstərir. Azərbaycandilli vikipediyanın elmi məqalələrinin böyük bir qismi də Azərbaycan Milli Ensiklopediyasından iqtibas olunub. Bu fikirləri təsadüfən yazmıram. Azərbaycandilli vikipediyanın təəssübkeşləri vikipediyaya yüklənilmiş məqalələri aidiyyəti üzrə elmi-tədqiqat institutlarına və ya ayrı-ayrı sahələr üzrə ekspertlərə göndərib, onların rəylərini alsalar daha yaxşı olar.
İndi isə yuxarıda adını çəkdiyim hər iki məqaləni təfərrüata varmadan,ancaq məqsədli olaraq oxucuların diqqətinə təqdim edirəm.
RAMİZ KƏRƏM
Ramiz Kərəm ( Ramiz Kərəm oğlu Ələkbərov)- 22 may 1961, Gədəbəy rayonu,Ataxal kəndi- 15 dekabr 2020, Bakı) - Şair, folklorşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2010).
Həyatı
1961-ci il mayın 22-də Gədəbəy rayonunun Ataxal kəndində anadan olub. 1977-ci
ildə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinə daxil
olmuş, 1981-ci ildə oranı bitirmişdir. 1981- 1985- ci illərdə Saatlı, 1985-2006-cı
illərdə Gədəbəy rayonunda dil-ədəbiyyat müəllimi işləmişdir. 2010-cu ildən
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda elmi işçi kimi
fəaliyyətə başlamış, 2015-ci ildən institutun Şəki bölməsinin rəhbəri vəzifəsində
çalışmışdır. Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuşdur(2010).
15 dekabr 2020-ci ildə Bakı şəhərində vəfat etmiş, Gədəbəy rayonunun Ataxal
kəndində dəfn edilmişdir.
Yaradıcılığı
Ramiz Kərəm 1980-ci ildə ədəbiyyata gəlib. İlk yaradıcılıq nümunələri 1980-ci ildə Azərbaycan Yazıçılar Birliyinin təsisçisi olduğu “Azərbaycan” jurnalında dərc edilib. Həmin vaxtdan müntəzəm olaraq “Azərbaycan” və “Ulduz”jurnallarında çap olunmuşdur. Ədəbiyyatımızda özünəməxsus dəst-xəttə, fərdi üsluba malikdir. Öz müşahidəsi , duyğu-düşüncəsi ilə fərqlənən, dünyanın məğzinə, insanın mahiyyətinə varan bir şairdir. Poeziyası öz səmimiyyəti, xalq ruhunun intonasiyası ilə seçilməklə yanaşı, məzmun və mündəricəsində bəşəri duyğuları təcəssüm etdirir. Yaradıcılığında müasir Azərbaycan ədəbi dilinin yeni ifadə çalarları və poetik dilin zənginliyinin şahidi oluruq .
Şeirləri vaxtaşırı müxtəlif almanaxlarda nəşr olunub. Azərbaycanın Qarabağdakı möhtəşəm qələbəsinə həsr olunmuş ”Zəfər şeiri” Türkiyə Cümhuriyyətində nəşr olunan “Heca taşları” aylıq şeir dərgisinin xüsusi buraxılışında dərc edilib.
Əsərləri:
1.“Bütün sevdiklərim, unutduqlarım”,“Avropa” nəşriyyatı, Bakı, 2007,
2. “Mən sözdən asıldım”, “Vətənoğlu” nəşriyyatı, Bakı, 2015,
3. “Sərçə qanadında qurğuşun yükü”, “Zərdabi”nəşriyyatı, Bakı, 2020.
Yaradıcılığı haqqında yazılmış məqalələr
1. Vaqif Yusifli, “ Bu Ramiz Kərəm, ancaq özünə oxşayan şair, “Ədalət” qəzeti, 26 dekabr 2015-ci ilhttp://www.anl.az/down/meqale/adalet/2015/dekabr/470247.htm,
2.Qiymət Məhərrəmli, “O həmin Ramizdir, o həmin Kərəm”, “Bütöv Azərbaycan” qəzeti, 13 mart 2020-ci il,
3.Sahibə Paşayeva, “Gəl, bir nağıl quraşdırıb söyləyək”, “Bütöv Azərbaycan” qəzeti, 27 fevral
2013-cü il, “Kredo” qəzeti, 15 iyun 2013,.
4.Gülayə ,” Ramiz Kərəmin şeir dünyası” “Ədalət” qəzeti, 20 iyun 2020-ci il,
5.Xeybər Göyyallı, “Sözdən asılmış şair”, “Kaspi qəzeti, 15 may 2015-ci il,http://www.kaspi.az/az/201604212110-szden-asilmis-sair ,
6.Vaqif Bünyadoğlu, “Bir uşaq ağlayır çay qırağında”, “ Bütöv Azərbaycan” qəzeti, 19
sentyabr2015-ci il https butov.az.docx
7.Şakir Albalıyev, “Bayram paltarı kimi təzə və ütülü sözlər”, ”Kredo” qəzeti, 29 yanvar 2016-cı
il,
8.Fariz Yunisli, “Gözlərindən şeh dərən şair”, “Mədəniyyət” qəzeti, 03 iyul 2015-ci il,
http://medeniyyet.az/page/news/1325/Gozlerinden-seh-deren-sair.html?lang=az
9.Osman Fərmanoğlu, “Gedənin qalan yeri, modern.az/az/news/269723/gedenin-qalan-yeri, 16
dekabr 2020-ci il,
10.Xeybər Göyyallı, “O, şair doğulmuşdu”, https://azpolitika.info/?p=614542 , 16 dekabr 2020-ciil,
modern.az/az/news/269671 o-sair-dogulmusdu, 16 dekabr 2020-ci il,
11..Xeybər Göyyallı, “Ramiz Kərəm- özünüyazan şair”, kulis.az/news/36153, 13 yanvar 2021-ciil,
12. .Xeybər Göyyallı, “Ramiz Kərəm-özünüyazan şair və yaxud poeziyamızda Ramiz Kərəm üslubu var”, ”Ədalət” qəzeti, № 006(5838) 19 yanvar 2021-ci il,
13. Xeybər Göyyallı, “ Oxuyan biləcək kim olduğumu”, bakupost.az/oxuyan-bilecek-kim- oldugumu,24 yanvar 2021-ci il .
XEYBƏR GÖYYALLI
Xeybər Göyyallı ( İsmayıl Xeybər Həmzə oğlu)-yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyi (2002) və Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2012).
Həyatı
1960- cı ildə Qubadlı rayonunun Göyyal kəndində ziyalı ailəsində anadan olmuşdur. 1977-ci ildə Qubadlı rayonunda orta məktəbi, 1981-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun ( indiki Azərbaycan Dövlət Pedaqoji Universitetini) filologiya fakültəsini bitirmişdir.”Həyat”(1992-1993), “Respublika”(1993- 1998)qəzetlərində müxbir, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda böyük
laborant(2003-2004 ), Azərbaycan Milli Ensiklopediyasında (2004- 2006 ) böyük elmi redaktor işləmişdir.
2006-2010-cu illərdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm
Nazirliyinin təsisçisi olduğu “Mədəniyyət” qəzetində redaktor , 2011-2016-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında nəşriyyatın baş redaktoru vəzifəsində çalışmışdır.
Yaradıcılığı
Müxtəlif illərdə nəşr olunmuş on ədəbi- bədii-publisistik və bir elmi kitabın
müəllifidir.
Ədəbi-bədii- publisistik əsərləri
1.“Baba Məmmədov”, Bakı: “Azərbaycan Dövlət Kitab Palatası”, 1996,
2.“İnsan səsi”, Bakı: “Gənclik”, 1997,
3.“İki qardaş əfsanəsi”, Bakı: ” Azərbaycan Dövlət Kitab Palatası”, 1998,
4.“Ömrə -günə yazılanlar”, Bakı: “Yazıçı”, 1999,
5.“Ruhlar əsir düşmür”, Bakı: “Zaman”, 2000,
6.”Ruhun əzəməti”, Bakı: “Ağrıdag”, 2002,
7.“İnsan əfsanəsi”, Bakı: “Avropa”, 2003,
8.“Kamran Hüseynov”, Bakı: “SBS”, 2010,
9.“Şərəfli ömür yolu”, Bakı: “Ecoprint”, 2017 ([Əsərin elektron versiyası
www.anl/az/el/kitab/2017/-1206pdf]),
10.“İnsan ehkamı”, Bakı:”Avropa”, 2017 (Əsərin elektron versiyası:
www.anl.az/81|el_Sh-g. Php,
Elmi əsərləri
1.“ Novruz: genezisi, tarixi transformasiyaları və mərasimləri “, Bakı: “Qanun”,2015
(Əsərin elektron versiyası:
ebooks.azlibnet.az/book-12nat090316.html,
ebooks.azlibnet.az/book/12nat090316.pdf,
anl.az/el/Kitab/2015/Azf-283291.pdf)
Novruz bayramı ilə əlaqədar mətbuatda dərc olunmuş elmi məqalələri
1.Novruz bayramı səma qanunlarına söykənir, “Mədəniyyət” qəzeti, 15 mart 2008,
2.Novruzun elmi-astronomik əsasları,xalqqazeti.com/news/culture/55328 (çap
versiyası “Xalq qəzeti” 20 mart 2015, №63, s.10),
3. Fəsillərin yaranmasında Novruzun yeri, www. azerbaijan-news.az
|index/php7mod=3&id=65558 , ( çap versiyası “Azərbaycan” qəzeti, 30 mart 2015,
№63,s.7),
4.Üçüncü çərşənbə: yel, yoxsa torpaqdır?
Bakupost.az
Modern.az
Orfoqrafiya lüğəti və kütləvi informasiya vasitələrində yol verilən səhvlər
barəsində yazılmış elmi məqalələri
1.Orfoqrafiya lüğətində səhvlər, “Mədəniyyət “qəzeti, 17 fevral 2010, № 12, səh.6,
2.Səhvlərdən uzaq olmaq üçün düzgün istinad mənbəyi lazımdır, “Azərbaycan “qəzeti, 18 noyabr 2012, №225, s.10,
3.Milli ruhumuzun təsdiqi olan ana dilimizi qoruya
bilirikmi? www.anl.az/down/meqale |xalqqazeti/ |497527/htm ( çap versiyası
”Xalq qəzeti”,29 iyun 2016),
4.KİV-in dil qüsurları, www. adq.az/index.php?sectionid=42& sect=73&d=23,
5.KİV-in bəzi səhvləri ,www. Azpolitika.info/?p=233165, 11.07.2016,
6.Dil ümumxalq mülkiyyətidir, orada özfəaliyyətə yer yoxdur ,
www.xalqqazeti.com|az|news|politics|97622, ( çap versiyası “Xalq qəzeti”, 19 fevral 2018),
7.Dil xalqın ən qiymətli mənəvi sərvətidir Kütləvi auditoriyada ona sayğısız münasibət yolverilməzdir “Xalq qəzeti”, 18.12.2018 (çap versiyası),
Xalqqazeti.com/az/news/11244
8.Ana dilini sevmək və qorumaq vətəndaşlıq borcudur Dilimizə biganəliyin səbəbləri və bəlaları “Xalq qəzeti”, 22.10.2019 (çap versiyası), Xalqqazeti.com/az/news/30839,
9.Əcnəbi sözlər dilimizi intihara sürükləyir Modern.az/az/news/212288
Artkaspi.az/azdilin-intihari-xeyber-gyyalli-yazir/#xbP2MvuLIU,
10.Nədən dogma sözümüzü alınma söz kimi yazırıq? “Kredo” qəzeti, 16.10.2019(çap versiyası),
Modern.az/aznews/214361,
Azpolitika.info/?p=560040
11. Niyə belə yazırıq?
Bakupost.az/niye-bele- yaziriq,
Musavat.com/news/niye-bele- yaziriq_652490.html,
Modern..az/az/news/215813,
Azpolitika.info/?p= 564709http://azpolitika.info/?p=564709,
“Kredo” qəzeti, 30 10.2019 (çap versiyası).
12.Bir daha aşbaz sözünün yazılışı haqqında,
“Modern.az”, 19.11.2019 modern.az/az/news/217964,
Azpolitika.info, 20.11.2019 http://azpolitika.info/?p=570753,
“Kredo” qəzeti, 27.11.2019.
13.Karantin rejimi qaydaları - belə demək və yazmaq olmaz,
Modern.az/az/news/240050,18.05.2020,
Bakupost.az/karantin-rejimi-qaydalari-bele-demek-ve-yamaq-olmaz,18.5.2020,
Azpolitika.info/?p= 592321, 24.05.2020
14. "İlk öncə”dən qurtarmaq lazımdır,
Azpolitika.info,20.07.2020, http://azpolitika.info/?p=598362,
Bakupost.az,23.07.2020, bakupost.az/ilk-onceden-qurtarmaq.
15. Dil- xalqı birləşdirən dəyər,modern.az/az/neüs/267376 dil-xalqi-birleşdiren-deyer,30 noyabr 2020-12-02,
bakupost.az/kiv-de-en-cox-buraxilan-sehvler-yayim-yoxsa-yayin?30 noyabr 2020,
http://xalqqazeti.com/az/news/65079, 1 dekabr 2020-ci il,
azpolitika.info/?p=612923, 2 dekabr 2020-ci il,
mia.az/1003139soz-sehv-ve-ya-yerinde-olmayanda-2020-12-02-12474116.Dil fövqəl milli sərvətdir, onu fərdlərin təfəkkürünə bağlamaq olmaz
//musavat.com/news/dil-meselesi-nece-yazaq-nece-danisaq_776048.html#, 03 fevral 2021-ciil,modern.az/az/news/276430/xankendine—yoxsa-xankendiye-bes-w-herfini-dilimize-kimler-getirib, 03 fevral 2021-ci il ,
Bakupost.az/xankendine-yoxsa-xankendiye, 04 fevral 2021-ci il Azpolitika.info/?p=619764, 04 fevral 2021-ci il.