Ru
20:47 / 14 Oktyabr 2024

Viktor Orban COP29-da iştirak edəcək

Viktor Orban COP29-da iştirak edəcək
Eye

COP29-da Macarıstanı ölkənin Baş naziri Viktor Orban təmsil edəcək.

Bakupost.az xəbər verir ki, bu barədə Macarıstanın Azərbaycandakı Səfiri Tamaş Torma Macarıstanın Milli günü münasibəti ilə keçirilən tədbirdə çıxışı zamanı bildirib.

“Baş nazir, bir ildən az müddətdə Azərbaycana üçüncü dəfə səfər edəcək. COP29 böyük çağırışdır. Azərbaycan bizim hamımızın xeyrinə çox təsir edici bir iş görür. Şübhə yoxdur ki, Macarıstan və Macarıstan səfirliyi Azərbaycanın sədrliyinin məqsədlərinə tam dəstək verir və biz əminik ki, Azərbaycan tədbirə uğurla ev sahibliyi edəcək”- deyə səfir qeyd edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar