Ru
17:03 / 21 Noyabr 2022

Vilayətinin bəyanatı gərginliyi artırmağa yönəlib - Partiya sədri

 Vilayətinin bəyanatı gərginliyi artırmağa yönəlib  - Partiya sədri
Eye

Xəbər veridiyimiz kimi, İranın ali dini rəhbərinin müşaviri Əli Əkbər Vilayəti Azərbaycanla bağlı bəyanat verib. O, bəyanatında İranın heç bir qonşu ölkə ilə münaqişə istəmədiyini qeyd edib. Bununla belə, Vilayəti təxribatçı fikirlərindən də qalmayıb. Belə ki, o, "bütün iranlılar azərbaycanlı, bütün azərbaycanlılar iranlıdır" deyib.
.
Mövzu ilə bağlı Bakupost.az açıqlamasında Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bildirib ki, Vilayətinin fikirləri anti-türk siyasəti yeritmək cəhdlərindən irəli gəlir:

“Vilayətinin həmin tezisi Azərbaycana qarşı yönəlib. Onun bəyanatı Azərbaycan prezidentinin Səmərqənddə Türk Dövlətləri Təşkilatındakı çıxışına cavab idi. Bu, prinsip etibarilə Azərbaycan türklərinin hüquqlarına qarşı yönəlmiş bir siyasəti ideologiyalaşdırmaq cəhdi idi. Əlbəttə ki, qəbul oluna bilməzdi. Vilayəti bəyanatında iki ölkə arasındakı gərginliyin səbəblərini doğru-düzgün əks etdirməyib. Əksinə, oradakı bəzi ifadələr bu gərginliyin artmasına səbəb olur. Bütün azərbaycanlılar iranlı deyil, amma bütün iranlıların özlərini azərbaycanlı hesab etməsini təqdir edirəm”.

Aynur,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar