Ru
11:12 / 23 Mart 2023

Vüsal Murtuzəliyev: Oqtay Əliyevlə bağlı yayılan xəbər şaiyədir

9859
Oqtay Əliyevin ürək əməliyyatı keçirməsi haqqında yayılan xəbər şayiədir.

Bakupost.az xəbər verir ki, bu barədə əməkdar artist Dilarə Əliyevanın qardaşı Vüsal Murtuzəliyev Teleqraf.com-a açıqlamasında deyib.

"Rəy verilib ki, ürəyində problem olub. Amma ürəyindən əməliyyat olunmayıb, yalandır, şayiədir. Avtomobili idarə edən zaman, sükan arxasında bir anlıq huşunu itirib. Daha sonra qəza baş verib", - V.Murtuzəliyev bildirib.

V.Murtuzəliyev bacısı Dilarə Əliyevanın səhhətindən də danışıb:

"Dilarə şok vəziyyətindədir. Evdədir, onu da təcili yardım maşını gətirib. Xəsarəti yoxdur".

Vüsal Murtuzəliyev Oqtay Əliyevin harada dəfn olunacağını da açıqlayıb:

“Daha öncə fikrimiz onu Mehdiabad məzarlığında dəfn etmək idi, çünki onun nənəsi həmin yerdə dəfn olunub. Bacım Dilarə dedi ki, Oqtay Əliyev hörmətli adamdır, fəxri titulu var, ona görə də onun "Qurd qapısı" qəbiristanlığında dəfn olunmasını istəyir. Mədəniyyət Nazirliyindən dəfnlə bağlı cavab gözləyirik", - Vüsal Murtuzəliyev bildirib.





Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər