Ru
17:45 / 03 İyul 2025

Xanım sərnişinə qarşı nəlayiq hərəkət edən daha bir taksi sürücüsü tutuldu

Xanım sərnişinə qarşı nəlayiq hərəkət edən daha bir taksi sürücüsü tutuldu
Eye

Bakıda xanım sərnişinə qarşı nəlayiq hərəkətlər edən daha bir taksi sürücüsü həbs olunub.

Bakupost.az Qaynarinfo-ya istinadən xəbər verir ki,1970-ci il tarixdə Bakı şəhərində anadan olmuş Süleyman Məmmədov (soyad şərti) saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib.

Məhkəmədə məlum olub ki, Süleyman idarə etdiyi avtomobillə taksi xidməti göstərib. O, Qaradağ rayonu, Sahil qəsəbə sakini N.Ə. adlı sərnişinə əxlaqsız hərəkətlər etməkdə günühlandırılıb.

Belə ki, yolda olarkən N.Ə.-yə əvvəlcə öz şəxsi həyatı barədə söhbətlər edib, daha sonra onun mobil telefonunu əlindən alaraq nömrəsini öyrənmək üçün öz telefonuna zəng edib. Şikayətçi taksi sürücüsünün gedəcəyi ünvana çatanadək ona qarşı nalayiq hərəkətlər və gecə saatlarında 2 dəfə zəng etdiyini iddia edib.

Məhkəmənin qərarı ilə Süleyman İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 4 gün müddətə həbs olunub.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar