Ru
15:12 / 05 Mart 2024

Xankəndidə 7.7 min ev inventarlaşdırılıb

 Xankəndidə 7.7 min ev inventarlaşdırılıb
Eye

2023-cü il 19 sentyabr tarixində həyata keçirilmiş lokal antiterror əməliyyatından sonra azad edilmiş ərazilərdə inventarlaşdırma işləri aparılıb, bu ərazilərdə ümumilikdə 7.7 min yaşayış və 687 qeyri-yaşayış fonduna aid tikili aşkar edilərək inventarlaşdırılıb.

Bakupost.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Qeyd edilib ki, Xankəndi şəhəri üzrə daşınmaz əmlakların inventarlaşdırılması başa çatdırılıb. Daşınmaz əmlaka dair tərtib edilmiş sxemlər və fotoşəkillər ORGIS-a daxil edilib.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar