Xəbər verdiyimiz kimi, bu gün Şuşanın Cıdır düzündə VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimi keçirilib.
Bakupost. az - ın məlumatına görə, tədbirdə Azərbaycanın sənət adamları ilə yanaşı Özbəkistan, Tacikistan və digər ölkələrin tanınmış sənətçiləri çıxış ediblər.
Festivalın kulisində maraqlı anlar yaşanıb.
Xalq artisti Zeynəb Xanlarova, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi və digərləri səmimi söhbət və zarafatları ilə diqqət çəkiblər.
Həmin görüntüləri təqdim edirik: