Ru
15:57 / 14 İyun 2022

Xaricdə müalicə almaq istəyənlər mütləq oxusun - Onlara pul mənbəyi kimi baxırlar...

22538
Tibbi turizm Azərbaycanda bir çox insanların tam bələd olmadığı yeni sahədir. Lakin xaricdə müalicəyə gedənlər gözəl bilir ki, təkbaşına Türkiyədə, Almaniya, İsrail, Avstriyada həkim tapmaq, müayinələrdən keçmək, uğurlu müalicə çox çətindir.


İstənilən ölkədə özəl klinikalarda əcnəbi pasiyentə pul mənbəyi kimi baxılır. Bəzən 5000 manatlıq müalicə ikiqat baha başa gəlir. Bəzənsə uyğun klinika, həkim tapılmır.


Amma Türkiyənin ən məşhur klinikalarında 120 minlik əməliyyatı 90 minə, 50 minlik əməliyyatları hətta 35 minə etmək mümkündür.


Necə?


Bakupost.az -ın müsahibi 7 ildir tibbi turizm sahəsində çalışan, "A-Medical" tibbi turizm şirkətinin təsisçisi Ziba Valehovadır.



O, xaricdə müalicənin sirlərini bölüşüb:



"Əcnəbi xəstə klinika üçün gəlir mənbəyidir, bacardıqca çox müayinələr təyin edirlər"





- Ziba xanım, necə oldu ki, xaricdə tibbi turizm üzrə şirkət yaratmaq qərarına gəldiniz? Bu işdə əsas hədəfiniz nədir?



- Artıq 7 ildir ki, bu sahədə təcrübəm var. Bundan öncə Avropa oyunlarının təşkilati işlərində çalışmışam. Dil biliyim olduğu üçün xarici ölkələrlə əməkdaşlıq mənim üçün asandır.

İllər öncə təsadüf nəticəsində bir ailəyə yardım etdim. O, xaricdə oğlu üçün həkim axtarırdı. Mən onun sənədlərini tərcümə etdim və yönləndirdim. Pasiyent xidmətdən çox razı qaldı. Daha sonra digər insanlar bu barədə eşidib müraciət edirdi.


Bəzi sponsorlarla əməkdaşlıq etdik, xəstələrin xaricdə müalicəsini təşkil edirdim, onların yanında Türkiyəyə gedirdim. Beləcə, Türkiyə səhiyyə sisteminə dərindən bələd oldum. Daha sonra A-Medicalı qurmağa qərar verdim.

Daxili və xarici turizm şirkəti olaraq pasiyentlərə Türkiyənin “A-class” dərəcəli klinikalarında (İstanbul, Antalya, Ankara), Almaniya, Avstriya, İsraildə, eləcə də xarici pasiyentlərin Azərbaycanın ixtisaslaşmış həkimlər tərəfindən müalicə və müayinələrini paket qiymətlərlə təşkil edirik.


Məqsədimiz, təcrübəmizə əsaslanaraq, müalicəniz üçün ən uyğun həkim və klinikaları təqdim etmək, pasiyentlərin birbaşa klinikalara müraciət edərək, əldə etdikləri qiymətlərə xüsusi olaraq 10-30% əlavə endirimlə yüksək səviyyədə müalicələrini həyata keçirməkdir.

Əsas üstünlük verdiyimiz klinikalar: Acıbadem, Amerikan xəstəxanası, Memorial, Medical Park, Akdeniz Universiteti xəstəxanası, Medikana, Koru xəstəxanası, Almaniyada Berlin Buch Helios Hospital, Hannover Medical School, Charite University Hospital Berlin, ATOC Clinik Heidelberg və s. kimi nüfuzlu klinikalardır.


Bizim klinikalarla koorporativ müqavilələrimiz var. Biz çox böyük endirimlər əldə edə bilirik. Ona görə də müalicələrə tibbi turizm xətti ilə şirkətlə getmək daha sərfəlidir.





- Türkiyə səhiyyə sistemində bilmədiyimiz məqamlar hansılardır? Xəstənin özünün müalicə planlaması ilə şirkətlə əməkdaşlıq arasında nə kimi fərqlər var?


- Bilirsiniz, istənilən ölkədən Türkiyəyə məşhur və ya qeyri-məşhur klinikaya əcnəbi vətəndaş turist kimi gedib müraciət edəndə ona ikiqat qiymətlər hesablanır. Çünki Türkiyə səhiyyəsi öz vətəndaşları üçün ucuzdur. Amma bizim üçün yox. Əcnəbi xəstə klinika üçün gəlir mənbəyidir, bacardıqca çox müayinələr təyin edirlər. Bəzən xəstə bir həkimdən keçir, o həkim görür ki, xəstə xaricidir, deyir ki, mən filan şeydən şübhələnirəm, gəl filan həkimdən də keç. Onu digər həkim dostlarına yönləndirir.

Analizləri paket halında yox, ayrı-ayrı hesablayırlar. Necə ki, burda deyirlər, həkim lazımsız analizlər yazdı, xəstədə ciddi problem görmədiyi halda aparat təyin etdi, başqa tanış həkiminə göndərdi, eyni yanaşma Türkiyədə də var. Heç fərqi yoxdur, elə bu sistem oradan bizə gəlib. Əgər xəstənin 2000 xərci çıxacaqdısa, 5000-nə çatır. Sonda da ciddi bir şey tapmırlar, xəstəni yola salırlar ki, sağlamsan, şükür, heç bir şey çıxmadı.


Hətta səhv diaqnoz qoyulanlar da olur. “Türkiyədə bütün həkimlər, klinikalar superdir, getsəm dərdimi tapacaqlar” fikirləri səhvdir. Məsələn, Azərbaycandan bir xəstə Memorial klinikada əməliyyat oldu, nəticə uğursuz idi. 30 min dollar xərci çıxdı. Pulun çox olmağı da hər şey demək deyil. Amma mən artıq hansı klinikanın, həkimin hansı xəstəlik üzrə daha yaxşı olduğunu bilirəm. Təcrübə qazandıqdan sonra daha çox vətəndaşımıza xidmət göstərib, keyfiyyətli ucuz müalicəni təşkil etmək üçün "A-Medicalı" qurmuşuq.

Hazırda burda insanlara ilkin informasiya dəstəyi də göstərirəm. Bu konsultasiya pulsuzdur. İstənilən vətəndaş bizə müraciət edib, səhhəti ilə bağlı ilkin araşdırma edə bilər.

Şirkətimiz İsrail, Almaniya, Avstriyadan klinikalarla əməkdaşlıq edir. Medikal turizm üzrə bütün tədbirlərdə, sərgilərə qatıldıq. Əhatəmizi genişləndiririk.



- Sizcə xəstə ilk başdan diaqnoz qoyulanda xaricdə müalicə üçün müraciət etsə, daha uğurlu olar, ya Azərbaycanda dərdinə çarə olmadıqda?


- Əlbəttə, sıfırdan xəstə gələndə biz də, həkimlər də sevinir. Bizdə pasiyentlərin özlərini ikiqat xərcə salmaq kimi vərdişləri var. Gəlirlər, həkim tapırıq, xərclər hesablanır, birdən fikrini dəyişir ki, elə burda bir az ucuz edərik. Səhv əməliyyat edirlər, səhv müalicələr, axırda hər şeydən əlləri üzüləndə, pul və orqanizm tükənəndə yenidən gəlirlər ki, bizi xilas edin. Bu zaman Türkiyədə müalicə də ikiqat başa gəlir. Məsləhət görərdim ki, Türkiyəyə ilk başda diaqnoz üçün müraciət etsinlər. Çünki ola bilər diaqnoz səhv qoyulub. O qədər xəstə olub ki, burda əməliyyat deyiblər, Türkiyədə yox, burda kimyaterapiya deyiblər, orda yox. Bir də onu qeyd edim ki, burdakı analizlərə əsasən türk həkimləri xəstəyə müalicə təyin etmir. Diaqnozu onlar təyin etməlidir.





Bakıda yaşayacağına ümid verilməyən uşağa zəmanət verən həkimi tapdıq



- "A-Medical" xətti ilə Türkiyədə uğurlu müalicə alan pasiyent hekayələrindən hansını bölüşə bilərsiniz, hansılar yadda qalıb?


- Bu yaxında bizə ailə müraciət etmişdi. Uşaqda neyroblastoma diaqnozu idi. Bakıda uğursuz əməliyyat etmişdilər. Şişi götürdükdən sonra metastaz iliyə, sümüyə, böyrəyinə yayılmışdı. Sonda uşaqdan imtina etdilər. Düzdür, kimya edirdilər, amma deyirdilər uşaq çox qalmayacaq, zəmanət vermirdilər. Uşağın sənədlərini təcili Acıbademdə professor Gülyüz Öztürkə göndərdik. Neyroblastlar, leykozlar üzrə dünyada adla sayılan həkimdir.


Uşağı apardıq, özüm də onunla getdim. Həkimlər konsilium keçirdilər. Türkiyədə bəyəndiyim cəhət budur ki, xəstə barədə bir həkim qərar vermir. Xəstəni bir çox həkimlər yoxlayır, sonra yığışıb müzakirə edib, ortaq qərar verirlər.


Gülyüz doktor dedi, mən zəmanət verirəm ki, bu uşaq sağalacaq. Ona çox müasir kimyaterapiya təyin etdilər. 18000 dollarlıq kimyaterapiya idi, biz 13000 dollara endirdik. Halbuki ana özü getsəydi, heç bir endirim hüququ olmayacaqdı. Beyindəki şişi qurutdular. İndi bir böyrəyində əməliyyat və ilik köçürülməsi olunmalıdır. Bunlar da olsa, uşaq xilas olur. Düzdür, ailənin maddi durumu artıq tükənib. Bu da yanlış müalicələrə pul sərf etməkdəndir. İstəyirik onu televiziya verilişlərinə çıxaraq həqiqətən uşağın yaşama şansı çoxdur.

Bu ailə uşağın müalicəsinə görə ən azı 30 min dollar qənaət edə bildi. Özü tək getsəydi, bu məbləği də verəcəkdi.


- Gülyüz həkim kimi professorların qəbuluna düşmək də çətindir. Xəstə özü getsə, belə asan qəbula düşə bilərdimi?


- Xeyr. Ən azı 1 ay öncədən yazılmaq lazım idi. Amma biz bir günə təyin etdik. Bizim o klinika ilə əlaqələrimiz var deyə bizə güzəşt olunur. Ola bilərdi ki, hətta xəstəyə deyərdilər bu doktorun vaxtı yoxdur, başqa həkimə göndərərdilər.






- Heç ümidi üzülən, həkimlərin “yox” dediyi xəstələr olubmu?


- Olur. Dediyim kimi Türkiyənin ən adlı-sanlı klinikasına düşmək belə hər şey demək deyil.

Bu yaxında Türkiyənin aparıcı klinikalarıın birində xəstəni prostat şişindən Da Vinçi robotu ilə əməliyyat ediblər. Çox uğursuz əməliyyat olub. Türkiyədə heç bir həkim yaxın durmurdu. O xəstə özü həmin klinikaya getmişdi. Sonra bizə müraciət etdi, dedi, məni xilas edin. Biz də Almaniyada klinika tapdıq, onlar zəmanət verdilər. Çünki Türkiyədə bir cərrahın səhv əməliyyatının nəticəsini digər cərrahlar üzərinə götürüb, düzəltmir.


Digər bir xəstə, 37 yaşı var idi, qəzadan bədəni işləmirdi. Acıbadem klinikasına apardıq, həkim dedi ki, yox, sağalması mümkün deyil. Heç fizioterapiya da təyin etmədi. Ümidsiz qayıtdılar.


Mən isə ümidimi üzmədim, dedim ola bilməz ki, müalicəsi olmasın. Araşdırmalar etdim, Romatemvə Fizyomer reabilitasiya mərkəzlərini tapdım. Onlara müraciət etdik, xəstəni göndərdik. Romatemin həkimi müayinə etdi, zəmanət verdi ki, biz sağaldacağıq. Cəmi 2 ay getdi, artıq çəliklərdən birini atıb. Davam etsə xeyli düzələcək.


Əgər ilk başdan müraciət etsəydi, daha tez sağalardı. Orda çəkdiyi xərcin 5 qatını burda çəkmişdi, amma faydası olmamışdı. Həm vaxt itirildi, həm pul. Həmin Romatema mərkəzinə başqa xəstə də yönəltdik. 17 yaşında qəza nəticəsində onurğa iliyi zədələnmişdi, boyundan aşağı bədəni işləmirdi. Burda əməliyyata alınanda demişdilər ağırdır, sağ çıxmayacaq. Çıxdı, amma tam şikəst idi.


Azərbaycanda heç kim sağalacağına ümid vermirdi. Romatemda 1 ayın içində uşaq artıq öz əlləri ilə yemək yeyir. Özü geyinir, danışır. Bircə qalıb addım atmağı.



Biz ilik köçürülməsi və orqan transplantasiyası əməliyyatlarına çox böyük endirimlər əldə edirik. Məsələn,120 minlik əməliyyata 20-30 minə qədər endirim əldə edə bilirik.


- Azərbaycanda son vaxtlar qan xəstəliyi olan uşaqların sayı artır. Müxtəlif verilişlərə çıxırlar, yardım kompaniyaları keçirilir. Onların valideynlərinə nə məsləhətlər verərdiniz?


- Biz ilik köçürülməsi, orqan transplantasiyası (qaraciyər, böyrək köçürülməsi) əməliyyatlarına çox böyük endirimlər əldə edirik. Məsələn,120 minlik əməliyyata 20-30 minə qədər endirim əldə edə bilirik.


“A - Medical”a müraciət etmək xərclərə ciddi qənaət deməkdir. Həm də klinikalar görəndə ki, xəstənin sahibi korporativ şirkətdir, işlərinə daha ciddi yanaşırlar.


Çünki xəstənin narazı olması əməkdaşlığın bitməsi deməkdir. Xəstə özü gedəndə isə sonradan həkimi tapa da bilmir, geri dönüş alınmır.


Azərbaycanda talassemiya xəstələr çoxdur. Valideynlər çox zaman tibbi turizm şirkətlərinə güvənmir, nədənsə elə bilirlər ki, biz xidmətləri daha baha edəcəyik. Halbuki biz xəstədən bir manat da almırıq. Pasiyent bütün ödənişlərini birbaşa özü klinikada ödəyir, qəbzini də alır.


Talassemiyalı xəstələr də Türkiyəyə tək gedəndə onlara çox yüksək qiymət deyirlər. Amma bizə müraciət etsələr azı 5-8 min dollar qənaət etmiş olarlar. Bizim insanların beynində bir fikir kök salıb ki, vasitəçi olan adamın hansısa maddi marağı var. Əksini başa sala bilmirik. Qəpik-qəpik yardımla uşaqlarına pul yığırlar, aparıb verirlər, təklif edirik ki, gəl biz aparaq, bizim də yardımımız endirim olsun.


Bizim xəttimizlə gedəndə xəstənin orda qalması üçün endirimli evin tapılması, xəstəxanaya transfer, nəqliyyat, tərcüməçi xidmətini də təşkil edirik. Bilirsiniz ki, İstanbul, Ankara kimi şəhərlərdə qalmaq, yaşamaq da bahadır.


Biz hətta onkoloji xəstələrin reseptlərinə uyğun dərmanların alınmasında da aptekdən endirim əldə edə bilirik. Ağıllı ilaç var - sümükdə, ilikdə olan şişləri öldürür. Qiyməti 40 min dollardır, biz onu 30 min dollara qədər endirdik.

Xəstələrə qan analizlər yazırlar, klinika daxilində o analizlər bahadır. Amma orda laboratoriya mərkəzləri var ki, həmin analizlər 2 dəfə ucuzdur. 1000 dollarlıq çek-apları (Check-up) 600 dollara endirim edirik.

Xəstələr əvvəl sanki xəsislik edir, amma sonra 5 qatını çəkməyə hazır olurlar ki, təki sağalsınlar. Belə yanaşma təbii ki, bizi üzür.


- Son bir neçə ayda ən çox hansı xəstələr müraciət edib?


- Hematoloji qan xəstəlikləri, onkoloji xəstələr, bir də reabilitasiyaya ehtiyacı olan xəstələr. Xüsusən müharibədən sonra xaricdə reabilitasiyaya ehtiyacı olan pasiyentlər çoxdur.


Mən hətta reabilitasiya üçün İstanbuldakı mərkəzləri də məsləhət görmürəm. Reabilitasiya alan insan aylarla orda qalmalıdır. Gündə 3-4 dəfə klinikaya gedib-gəlir. Bu xəstələr üçün kurort şəraiti, sakit yer olmalıdır. İstanbulda gündəlik yaşam xərci çox bahadır. Ora getsə, ikiqat xərci çıxır. Amma eyni mərkəzlər kənarda, məsələn İzmit, Eskişeherdə eyni müalicə qat-qat ucuz başa gəlir.


Eləcə də uşaqlarda Koklear implantı əməliyyatı, beyin pilinin yerləşdirilməsi üçün epilepsiya və Parkinson xəstələri də çox müraciət edir. Çünki bunlar yeni metodlardır və Bakıda yoxdur. Koklear implantı ilə eşitməyən uşaqların eşitməsi bərpa edilə bilir.


Azərbaycanda vətəndaşlarımız, övladları müalicəyə ehtiyacı olan analar bilsinlər ki, Türkiyədə, Almaniyada, İsraildə özbaşına gedib həkim tapmaq, müalicə olunmaq acı nəticələr verə bilər, üstəlik çox xərcləri çıxacaq. Xaricdə müalicəni tibbi turizmlə məşğul olan etibarlı şirkətlərə həvalə etmək ən sərfəli, ən uğurlu seçimdir.


Bizim də məqsədimiz odur ki, həm düzgün həkim, həm uyğun klinika, həm də endirim əldə edilməsinə nail olaq.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər