Ru
20:26 / 09 İyul 2024

Xaricdən 5 manata gətirilən kolbasa niyə 20 manata satılır? - Açıqlama

3759
Xəbər verdiyimiz kimi, son 4 ayda Azərbaycan xarici ölkələrdən 1 823,6 ton ətdən və əlavə ət məhsullarından hazırlanan kolbasalar və analoji məhsullar idxal edib.

Açıqlanan rəsmi məlumatlara əsasən, idxal olunan kolbasanın 1 kiloqramının orta gömrük dəyəri 2,9 dollar (4,9 manat) olub.

Qeyd edək ki, idxal olunan kolbasanın 82 faizi və ya 1 450 tonu Rusiyadan gətirilib. Rusiyadan idxal olunan kolbasanın 1 kiloqramının orta gömrük dəyəri isə 2,4 dollar (4,1 manat) olub.

Xaricdən idxal olunan kolbasaların 1 kiloqramının orta satış qiyməti marketlərdə 21 manat təşkil edir.

Rəqəmlərdən də göründüyü kimi, idxal kolbasalar marketlərdə gömrük dəyərindən (ölkəyə daxil olma qiyməti) 4 dəfədən çox baha satılır.


Bunun səbəbi nədir?




Mövzu ilə bağlı Bakupost.az -a danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, ölkəyə xaricdən, o cümlədən Rusiyadan gətirilən ət məhsullarının keyfiyyəti yerli istehsalla müqayisədə çox aşağıdır:

"Baxyaraq ki, onlar ən müasir texnologiya ilə hazırlanıb, yaxşı qoxu, dad verir, amma keyfiyyəti aşağdır. Azərbaycanda istehsal edilən ət məhsulları onlarla müqayisədə qat-qat üstündür. Malların istehsalçıdan istehlakçıya çatdırılnasında marketlər mühüm rol oynayır. Onlar istehlakçıların yanlış istəklərini nəzərə alır və idxalçılarla əlbir olur, bu mallara yüksək qiymət qoyub qazanc əldə edirlər. Markertlər üçün heç bir qayda-qanun yoxdur. Onlar mal təchizatçıları istədikləri kimi davranırlar. Çünki mal təchizatçıları onlardan asılı bir vəziyyətdədirlər".

E.Hüseynov vurğulayıb ki, ölkədə barmaqla sayılacaq qədər az sayda normal kolbasa məmulatları istehsal edən müəssisələr var. Amma bu müəssilərin məhsulları ilə xaricdən, Rusiyadan, Belarusiyadan gətirilənləri müqayisə edəndə görürük ki, qiymət fərqi böyükdür:


“İqtisadiyyat Nazirliyi tərəfindən qiymət artımı ilə bağlı iş aparılmalıdır. Eyni zamanda, onların tərkibinin öyrənilməsi üçün ekspertiza da təşkil olunmalıdır. Əhali bilməlidir ki, kilosu 5 manata ölkəyə gətirilən, amma marketlərdə 20 manata satılan kolbasa məmulatlarının tərkibində nə var”.

Birlik sədri qeyd edib ki, Braziliyadan Azərbaycana təmiz ət gətirilir:

"Bu ətin bir kiloqramı 4 manata gəlib çıxır. Yerli müəssisələr də bu ətdən istifadə edirlər. Kolbasa istehsalında Hindistandan gətirilən ətdən də istifadə olunur. Bununla yanaşı, ölkənin əmtəə bazarında yerli müəssisələr tərəfindən istehsal edilən mənşəyi məlum olmayan kolbasa məmulatları da mövcuddur. Bu etiketsiz məhsullar əsasən, metro çıxışlarında, 8-ci kilometr bazarında satılır. Qida Təhlükəsizliyi Agentliyi bunun qarşısını almaq üçün müvafiq tədbirlər görməlidir”.

Sevinc,
BakuPost
Şərhlər
  • Kamal Əliyev

    Bu bədbəxt millətə yedizdirilən, içizdirilən zay məhsulların müqabilində əhali arasında xəstəliklərin sayı həddən artıq artıb. Bir dövlət qurumu göstərin ki, qida təhlükəsizliyinə normal nəzarət etmiş olsun. AQTA saxta bir qurumdur və heç bir fəaliyyəti yoxdur. Bu səbəbdən də ölkədə saxta qida məhsullarına istənilən marketdə, bazarda rast gəlmək olur. Nəzarət edici qurumlar elə bil qəsdən əhalinin məhv edilməsi üçün çalışırlar. Şair demişkən "Kim nə deyər bizdə olan qeyrətə". Yazıq bıdbəxt millət, nə dövlətdən maaş alan məmurlar, nə də seçdiyiniz adı "millət vəkili" olan, özləri isə monopolist-biznesminlər sizin barənizdə ildə on saniyə belə düşünmürlər. Ümid qalıb özünüzə, özünüzü qoruyun.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər