Ru
22:30 / 03 Avqust 2022

Xırdalanda partlayış: yaralılar var - FOTO/VİDEO - YENİLƏNİB

Xırdalanda partlayış: yaralılar var - FOTO/VİDEO - YENİLƏNİB
Eye

Fövqəladə Hallar Nazirliyi Xırdalanda baş verən partlayışla bağlı məlumat yayıb.


Nazirlikdən Bakupost.az -a verilən xəbərə görə, qurumun "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verməsi barədə məlumat daxil olub.


Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub.


Əlavə məlumat veriləcək.


***
22:20

Xırdalandakı partlayış Heydər Əliyev parkı ilə üzbəüz binada baş verib.


Bakupost.az -a daxil olan məlumata görə, partlayış nəticəsində beşmərtəbəli binanın üçüncü mərtəbəsi dağılıb.


Hadisə zamanı 2 nəfər yaralanıb.


***
22:08


Xırdalanda yaşayış binasında partlayış olub.


Bakupost.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.


Məlumata görə, hadisə şəhərin mərkəzində qeydə alınıb. Partlayışa qaz sızmasının səbəb olduğu ehtimal edilir.


Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb edilib.






Aysel
Baku Post

Xırdalanda partlayış: yaralılar var - FOTO/VİDEO - YENİLƏNİB
Xırdalanda partlayış: yaralılar var - FOTO/VİDEO - YENİLƏNİB
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar