Ru
14:59 / 22 Aprel 2024

Xüsusi təyinatlılarımız o kəndlərə girməyə hazırlaşır - Açıqlama

2869
“Artıq Ermənistan Nazirlər Kabineti ermənilərin Qazaxın 4 kəndini boşaltmasıyla bağlı qərar qəbul edib. Bizim də xüsusi təyinatlılarımız o kəndlərə girməyə hazırlaşır”.



Bunu Bakupost.az -a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O, erməni sakinlərinin Ermənistan-Gürcüstan dövlətlərarası yolunun Xeyrimli-Aşağı Əskipara (Kirants-Voskepar) hissəsini bağlamasının mənasız olduğunu bildirib:

“Güllə atmadan insanları inandırılmış şəkildə oradan köçürməyə çalşacaqlar. "Qarabağ klanı"nın üzvləri ermənilərin içərisində təbliğat işləri aparır, onları kəndlərdən çıxmamağa təşviq edir. Onaa görə də bu məsələ ləngiyir. Amma qərar verilib və məsələ həll olunacaq. Onların yolları bağlamaq cəhdləri isə heç bir əhəmiyyət kəsb etmir”.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər