Yatmazdan əvvəl 1 kasa qatığa keşniş toxumları əlavə edib yemək çox faydalıdır.
Bakupost.az xəbər verir ki, yatmazdan əvvəl yediyimiz sağlam qidalar bütün gecə bədənimizi bərpa etməyə kömək edər.
Xüsusilə gecələr yeyilən qatıq yuxu sağlamlığını dəstəkləyir.
Qatığın daha faydalı olması üçün toxumlardan istifadə etmək olar.
Bunlardan biri də keşniş toxumudur.
Keşniş koriandrum sativum adlı bitkinin toxumlarından və yarpaqlarından əldə edilən ədviyyatdır.
Toxumlar toz halına salınır və müxtəlif yeməklərə dad verir. Keşniş toxumları bir az limonlu dad və xoş qoxuya malikdir.
Yatmadan əvvəl keşniş toxumu-qatıq qarışığı yeməyin faydaları...
Birincisi, keşniş toxumları antioksidan xüsusiyyətlərə malikdir. Qatıqla qarışdırılaraq yeyildikdə qocalma prosesini ləngidə, müxtəlif xəstəliklərə qarşı qoruyucu təsir göstərə bilər.
Bundan əlavə, keşniş toxumları iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Keşniş toxumu bədəndəki iltihabı azaldır, bu da oynaq və baş ağrıları kimi problemləri aradan qaldırır.
Keşniş toxumu qatıq həzm sağlamlığını dəstəkləməkdə də təsirli ola bilər. Qaz, şişkinlik və həzm problemlərini yox edir.
Həmçinin ürək sağlamlığına müsbət təsir edən xolesterol səviyyəsini aşağı salmağa kömək edir.
Aygün
BakuPost