Ru
11:20 / 16 May 2025

Həbsdəki oğluna narkotik ötürmək istəyən ana SAXLANILDI

Həbsdəki oğluna narkotik ötürmək istəyən ana SAXLANILDI
Eye

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.

Bakupost.az Penitensiar xidmətə istinadən xəbər verir ki, həbs olunmuş şəxs Ramil Həsən oğlu Quliyevə anası tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman şalvarın cibində gizlədilmiş bükülülərdə ümumi çəkisi 0,098 qram heroin və ümumi çəkisi 0,021qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar