Xəbər verdiyimiz kimi ,“Formula 1"in Azərbaycan mərhələsinin "Sea Breeze" kurortunun bir hissəsi kimi yaradılacaq süni adada keşirilə biləcəyi ilə bağlı məlumat yayılıb. Bu barədə azərbaycanlı iş adamı Emin Ağalarov "Rusiya - İslam Dünyası: Kazanforum 2025" Beynəlxalq İqtisadi Forumunda Rusiya Baş nazirinin müavini Marat Xusnullinə layihənin təqdimatı zamanı danışıb. O bildirib ki, marşrut xəttinin dəyişdirilməsi Bakıda tıxac və yolların bağlanması problemini həll edəcək.
Məsələni dəqiqləşdirmək üçün Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə əlaqə saxladıq.
Qurumun mətbuat katibi Arzu Hüseynova
Bakupost.az -a açıqlamasında yayılan xəbərləri təkzib etdi:
“Bizdə belə bir məlumat yoxdur. Formula 1 Qran Prisi artıq 9 ildir Azərbaycanda keçirilir. Yarışlar həmin ərazidə - Bakının mərkəzi yollarında son 9 ildə necə olubsa, bu il də eyni qaydada təşkil olunacaq. Yəni bununla bağlı heç bir dəyişiklik yoxdur.”
Lalə Novruz,
BakuPost