Xəbər verdiyimiz kimi, əməkdar artist Mehriban Xanlarova sosial şəbəkə hesabında Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadənin aktrisa Məsmə Aslanqızını və onun şəhid atasını təhqir etdiyini bildirib.
Teatrın bədii rəhbəri Mehriban Ələkbərzadə bunun böhtan olduğunu deyib və əlavə açıqlama verməkdən imtina edib.
Aktrisa Məsmə Aslanqızı isə
Bakupost.az -a açıqlamasında iddiaları təsdiqləyib:
“Mehriban Xanlarovanın yazdığı bütün cümlələrlə razıyam. Bununla bağlı kamera görüntüləri və şahidlər də var, həmçinin izahatlar alınıb. Sadəcə, sosial şəbəkə vasitəsilə cavab vermək istəmirəm. Mənə qarşı edilən təhqirlərə hüquq müstəvisində cavab verəcəm.”
Aysel,
BakuPost