Ru
20:31 / 24 May 2024

"Yaxın aylarda çörəyin qiyməti..." - İqtisadçı

2834
"İdxal prosesinə təsir edən amillər qiymətlərin müəyyən həddə azalıb-artmasına səbəb olur. Köhnə taxılın artıq tükənməsi və yeni mövsumə keçid buna nümunədir. Bu səbəbdən təchizat zəncirində qısamüddətli fasilələr yaranır".



Bunu Bakupost.az -a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda istehsal olunan taxıl daxili tələbat ödəmir:

"Yerli istehsal olan taxıl öz keyfiyyət göstəricilərinə görə ərzaq məhsullarının istehsalına uyğun olan standartlara cavab vermir. Bu səbəbdəndir ki, Azərbaycanda taxıl məhsullarının böyük bir qismi idxal mənşəlidir. Ölkəyə un əsasən, Rusiyadan idxal olunur. Rusiya-Ukrayna müharibəsinin günü-gündən gərginləşməsi qiymətlərə təsir edir. Çünki həm Ukrayna, həm də Rusiya qlobal iqtisadiyyatda ciddi rola malikdir. Konfliktin gərgin mərhələyə daxil olması bu istiqamətdə müəyyən narahatlıqlar yaradır və bazar da buna reaksiya verir. Ona görə də qiymət artımı yerli istehsalda deyil, idxal olunan məhsullarda müşahidə olunur”.

R.Həsənov qeyd edib ki, unun qiymətində müşahidə olunan artım cüzidir və bu çörəyin qiymətinə təsir edə bilməz:

“Yaxın aylarda çörəyin qiymətində artım olacağını düşünmürəm. Qeyd edim ki, qlobal bahalaşma fonunda, xüsusilə, çörəyin qiyməti sabit saxlanmalıdır. Bununçün müxtəlif alətlər də var”.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər