Ru
14:03 / 29 Aprel 2024

"Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə

931
“Həm Azərbaycan, həm də Ermənistan tərəfi sülh istiqamətində ilk addımları atıb. Qazaxın 4 kəndinin təhvil verilməsi müəyyən inkişafın olduğunu nümayiş etdirir. Bu məsələdə Ermənistan hakimiyyəti birmənalı mövqe sərgiləsə, yaxın müddətdə sülh sazişi imzalana bilər”.

Bunu Bakupost.az -a millət vəkili Asim Mollazadə deyib.

O bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh müstəvisində müzakirələr davam edir:

"Ermənistan hüquqi müstəvidə qonşulara qarşı ərazi iddialarından əl çəksə, bu, sülh prosesinə müsbət təsir edə bilər. Onun məhz bu addımından sonra regionda iki xalqın normal şəkildə yaşaması mümkündür”.

Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər