Ru
01:57 / 16 May 2024

"Ağ çiçəyim"də yanğın söndürüldü - FOTO/VİDEO -YENİLƏNDİ

5863

Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş vermiş yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən tam söndürülüb.

Bu barədə Bakupost. az -a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, həyata keçirilmiş tədbirlər sayəsində yanğının əraziyə bitişik yerləşən evlərə, o cümlədən çoxmərtəbəli yaşayış binasına, habelə geniş sahəyə yayılaraq digər obyektlərə keçməsinə imkan verilməyib.

***

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş vermiş yanğın məhdudlaşdırılıb.

Bakupost.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb

Qeyd olunur ki, hazırda yanğının tam söndürülməsi üçün əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

***
Mayın 15-də saat 23:36-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakının Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada yanğın olması barədə çağırış daxil olub.

Bakupost.az xəbər verir ki, bu barədə FHN-in yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, hadisənin miqyası nəzərə alınaraq, əraziyə 6 təcili tibbi yardım briqadası cəlb edilib.

Son məlumata görə, hadisə zamanı təcili tibbi yardıma xəsarət alan və zərərçəkənlərlə bağlı müraciət qeydə alınmayıb.

Əlavə məlumat veriləcək.

***

Bakıda “Ağ çiçəyim” gül mağazasında baş verən güclü yanğınla bağlı rəsmi açıqlama verilib.

Bakupost. az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada yanğınla əlaqədar əraziyə polis əməkdaşları cəlb ediliblər:

“Təhlükəsizlik tədbirləri görülür”.

***

Bakıda güclü yanğın hadisəsi baş verib.

Bakupost.az xəbər verir ki, Azadlıq prospektində yerləşən "Ağ çiçəyim" gül mağazası yanır.

Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Əraziyə FHN-in yanğınsöndürənləri cəlb olunub

Yanğının yaxınlıqdakı yaşayış binalarına keçmək təhlukəsi var.

Hadisə yerindən görüntüləri təqdim edirik:

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər