Ru
10:49 / 09 May 2025

Ermənistandan Rusiyaya qarşı sərt ittihamlar

Ermənistandan Rusiyaya qarşı sərt ittihamlar
Eye

Xaricdən Ermənistana qarşı hibrid müharibənin aparılması məsələsi yeni deyil.

Bakupost.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, yeddi il əvvəl Ermənistanda hakimiyyət dəyişikliyindən (Nikol Paşinyan və komandasının iqtidara gəlməsindən) sonra İrəvan kənardan hibrid müharibə ilə üz-üzə qalıb.

“Düşünürəm ki, hibrid müharibədən bu yaxınlarda deyil, 2018-ci ildən danışılır”, - qurum rəhbəri bildirib.

Moskvada Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüşün olub-olmayacağı ilə bağlı suala Qriqoryan belə cavab verib:

“Məncə, mətbuat xidməti ikitərəfli görüş barədə açıqlama verəcək”.

Xatırladaq ki, Ermənistan parlamentinin sədri Alen Simonyandan bundan əvvəl Rusiyanı İrəvana qarşı hibrid müharibə aparmaqda ittiham edib. Spikerin fikrincə, Rusiya bununla Ermənistanda hakimiyyət dəyişikliyinə nail olmaq istəyir.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar