Ru
18:44 / 09 May 2025

"Mercedes"lə "Prius" toqquşdu - 4 nəfər xəsarət aldı

"Mercedes"lə "Prius" toqquşdu - 4 nəfər xəsarət aldı
Eye

Tərtərdə 4 nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, rayonun Sarıcalı kəndi ərazisində qeydə alınan qəzada "Mercedes" və "Toyota Prius" toqquşub.

Qəza nəticəsində Tərtər rayon Cəmilli kənd sakinləri, 1961-ci il təvəllüdlü Şabanov Eldar Əli oğlu, 1986-cı il təvəllüdlü Şahbazov Elməddin Eldəniz oğlu, 1963-cü il təvəllüdlü Şabanov Elxan Əli oğlu və 1955-ci il təvəllüdlü Əliaslanov Məzahir Şəkəralı oğlu xəsarət alıb.

Yaralılar Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar