İsrail adi İran vətəndaşlarının verdiyi hədəf məlumatları ölkəyə hücumlar təşkil etmək üçün istifadə edir.
Bakupost.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti İsrailin yüksək vəzifəli təhlükəsizlik rəsmisinə istinadla məlumat yayıb.
Onun sözlərinə görə, məhz bu, martın 12-də İsrail pilotsuz təyyarəsinin Tehranda Bəsic məntəqəsinə hücumu zamanı baş verib.
Rəsmi şəxs qeyd edib ki, hədəfə alınma məlumatları İrandan İsrailin farsdilli sosial media hesabları vasitəsilə ötürülür. Alınan məlumatlar əvvəlcə yoxlanılır və təsdiqlənir, bundan sonra dəqiq və etibarlıdırsa, hücumun həyata keçirilməsi barədə qərar qəbul edilir.
Bəsic, İslam İnqilabından (1979) sonra İslam Respublikasının qurucusu Xomeyninin təşəbbüsü ilə qurulan İranın hərbiləşdirilmiş könüllü qüvvələridir.