Ru
15:39 / 09 May 2025

Masallıda dəhşətli qəza - 2 azyaşlı can verdi - YENİLƏNİB

Masallıda dəhşətli qəza  - 2 azyaşlı can verdi - YENİLƏNİB
Eye

Masallıda baş verən ağır qəzada 2-i azyaşlı olmaqla 3 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Bakupost.az -ın xəbərinə görə, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Qeyd edilib ki, bu gun saat 13:05 radələrində yeni Ələt-Astara yolunun Masallı rayon ərazisindən keçən 122-ci kilometrində hərəkətdə olan 10-RV-404 dövlət qeydiyyat nişanlı "Toyota Prado" markalı avtomobilin sürücüsü idarəetməni itirərək yolayrıcı metal səddə dəyərək aşıb.

"Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Hazırda qəzanın baş vermə səbəbləri, ölən və xəsarət alanların sayı və şəxsiyyətinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər görülür", - məlumatda vurğulanıb.

İlkin məlumata əsasən, avtomobilin sürücüsü – 1982-ci il təvəllüdlü Teymurov İxtiyar Əliyar oğlumüxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtomobildə olan sərnişinlər – sürücünün övladları, 2023-cü il təvəllüdlü Teymurov Əli və 2016-cı il təvəllüdlü Teymurova Banu, qohumu, 2002-ci il təvəllüdlü Alışov Aydın Təhməsib oğlu hadisə yerində həyatlarını itiriblər.

Faktla bağlı araşdırma aparılır.

***

Masallı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.


Bakupost.az “Report”a istinadla xəbər verir ki, hadisə Ələt-Astara-İran İslam Respublikası Dövlət Sərhəd Yolunun 122-ci km-də, Masallı rayonunun Ləngan kəndindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, “Tayota Prado” markalı avtomobil Lənkəran rayonu istiqamətdə hərəkətdə olarkən bir neçə dəfə aşıb və yol kənarındakı məhəccərlərə çırpılıb. Nəticədə, ilkin məlumata görə, bir azyaşlı ölüb. Avtomobildə olan digər sərnişinlər arasında da ölən və yaralıların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar