Ru
16:29 / 09 May 2025

Yeni Papa bu tarixdə taxta çıxacaq

Yeni Papa bu tarixdə taxta çıxacaq
Eye

Roma Papası XIV Leonun intronizasiyası (vəzifəsinə başlamasını əks etdirən hüquqi akt, sadə dillə - taxta çıxma - red.) mayın 18-də Müqəddəs Pyotr meydanında baş tutacaq.

Bakupost.az xəbər verir ki, bu barədə Vatikanın Mətbuat Xidməti məlumat yayıb.

Bundan əvvəl XIV Leo diplomatik korpusun nümayəndələrini, Vatikanda son hadisələri işıqlandıran beynəlxalq jurnalistləri qəbul edəcək.

İntronizasiya mərasimində dünyanın müxtəlif ölkələrindən yüksəksəviyyəli nümayəndə heyətlərinin, o cümlədən dövlət, hökumət başçıları və dini liderlərin iştirakı gözlənilir.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar